`Xocalı qətliamı türk millətinin ortaq dərdidir` - Binəli Yıldırım


13:38     27 Fevral 2017 binali.jpg

“25 il əvvəl işğal olunan Xocalıda erməni cinayətkar dəstələrinin vəhşicə qətlə yetirdiyi soydaşlarımıza Allahdan rəhmət diləyirəm”.


Femida.az-ın xəbərinə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım özünün “twitter” səhifəsində yazıb. Baş nazir 1992-ci il fevralın 26-da Xocalı soyqırımının törədildiyini xatırladıb. Yıldılrım “yerə-göyə sığışmayan acı – Xocalı qətliamı” başlıqlı statusunda “o gün azərbaycanlı mülki şəxslər erməni cinayətkar qruplar tərəfindən vəhşicəsinə qətlə yetirildi. Bu qətliam Türk millətinin ortaq dərdidir” - deyə, bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 865